AZ

Mərdəkanda batan gəncin meyiti tapılıb

Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, iyulun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində dənizdə batmış 18 yaşlı İsmayılov Məhəmməd Oruc oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
59
7
ucnoqta.az

10Mənbələr