AZ

Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapıldı

14:20 23.07.2025
14:20 23.07.2025

Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.

Mynews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində dənizdə batmış 2007-ci il təvəllüdlü Məhəmməd Oruc oğlu İsmayılovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Seçilən
61
33
mynews.az

10Mənbələr