AZ

Mərdəkanda 18 yaşlı oğlan dənizdə batdı

Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb.

FHN-in Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iyulun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində dənizdə batmış 18 yaşlı İsmayılov Məhəmməd Oruc oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Seçilən
63
33
news24.az

10Mənbələr