AZ

"Ev Annanın adına idi, ona görə evlənmədik" - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan qeyri-rəsmi nikahda olduğu Anna Akopyanla niyə evlənmədiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, Paşinyan sosial şəbəkədə bunun səbəbini açıqlayıb. 

O qeyd edib ki, 1990-cı illərdə müxalif siyasi fəaliyyətlə məşğul olduğu və həbs olunacağını, mühakimə olunacağını, əmlakının müsadirə olunacağını bildiyi üçün ailəsini qoruya bilməsi üçün ailə qurmayıblar: "Bizim evimiz Annanın adına idi. Düzdür, onu birlikdə almışdıq, amma onun adına qeydiyyatda idi və mən bu məqsədlə evlənmək istəmirdim. Başa düşdüm ki, məhkəmələr olacaq, mənə nə edəcəklərini bilirdim, fikirləşirdim ki, heç olmasa övladlarımın yaşayış yeri olacaq. Ev Annanın adına olacaqdı. Evlənməmək üçün başqa səbəbimiz yox idi". 

Ağarza Elçinoğlu

phrase_var_article.chosen
36
1
unikal.az

10phrase_var_article.sources