AZ

Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la gizli memorandum imzalayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la gizli memorandum imzalayıb. 

"Unikal" xəbər verir ki, bu  barədə İspaniya “Periodista Digita” qəzeti məlumat dərc edib. 

Yazıda deyilir ki, sənədin məzmunu ilə erməni diasporu tanış olub.

"Bu, Zəngəzurdan keçərək Azərbaycanı Naxçıvanla birləşdirəcək “Tramp körpüsü” adlı 42 kilometrlik nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu, 2020-ci il müharibəsindən sonra Azərbaycanın əsas tələblərindən biri idi",-  məlumatda qeyd olunub. 

Nəqliyyat dəhlizinin idarə edilməsi özəl Amerika şirkətinə veriləcək. İrəvan marşrutdan istifadədən gələn gəlirin yalnız 30%-ni alacaq. Nəşrin məlumatına görə, memorandum artıq 3 ölkədə ratifikasiya olunub.

"Maraqlıdır ki, memorandum ABŞ-nin əhəmiyyətli qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsini nəzərdə tutur. Mövcud məlumata görə, bunlar Amerikanın adi silahlı qüvvələri deyil, özəl hərbi şirkət - təxminən 1000 döyüşçü olacaq. Onlara güc tətbiq etmək səlahiyyəti veriləcək".

phrase_var_article.chosen
29
50
unikal.az

10phrase_var_article.sources