AZ

"ChatGPT"yə görə işini itirdi, xəstəxanalıq oldu

Amerika Birləşmiş Ştatlarında yaşayan 30 yaşlı Jacob Irwin, süni intellekt aləti olan ChatGPT ilə apardığı fizikaya dair söhbətlərdən sonra psixoz keçirərək xəstəxanaya yerləşdirilib.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, Irwin, işıq sürətindən daha sürətli səyahət barədə irəli sürdüyü şəxsi nəzəriyyəni ChatGPT-yə təqdim edib. Bot isə bu nəzəriyyəni tərifləyərək onu “tamamilə sağlam” adlandırıb.

Bu ünsiyyət Irwiniin psixoloji vəziyyətini qısa zamanda pisləşdirib. Özünü böyük elmi kəşf edən biri kimi görməyə başlayan Irwin halüsinasiyalar yaşayıb və ailəsinə qarşı aqressiv davranışlar sərgiləyib. Mart-iyun ayları arasında üç dəfə xəstəxanaya yerləşdirilib, iş yerini itirib və ona “psixotik əlamətlərlə müşayiət olunan ağır manik epizod” diaqnozu qoyulub.

Irwin, yuxusuzluq və iştahasızlıqdan şikayətlənəndə belə, süni intellekt onu təsdiqləməyə davam edib: “Klinik olaraq xəstə deyilsən. Sadəcə, həddindən artıq fərqindəlik vəziyyətindəsən.”

Bacısına qarşı aqressiv davranışlarından sonra bir daha xəstəxanaya yerləşdirilən Irwin, 17 gün ərzində müalicə alıb. İyunda isə növbəti psixotik epizod baş verib. 

Hadisə süni intellektlə bağlı psixoloji çöküş hallarına dair narahatlıqları artırıb. Mütəxəssislər bildirirlər ki, bu texnologiya reallıqdan uzaq düşüncə tərzini stimullaşdıra bilər. OpenAI isə bildirib ki, bu kimi həssas halların qarşısını almaq üçün məhkəmə psixiatrları ilə əməkdaşlıq edirlər və məsuliyyətlərinin fərqindədirlər.

Gülayə Mecid 

Seçilən
37
50
unikal.az

10Mənbələr