AZ

Meyvə tərəvəz ixracı ölkəyə 80 milyon dollar qazandırıb

ain.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 402,4 min ton meyvə-tərəvəz ixrac edilib. Bundan da 415,7 milyon ABŞ dolları gəlir əldə olunub.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 80,5 min ton və ya 25 faizə qədər, dəyər ifadəsi ilə 81,2 milyon dollar, yaxud da 24,3 faiz artıb. Meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,59 faizini, qeyri-neft sektoru üzrə ümumi ixracın isə 20,96 faizini təşkil edib. Xatırladaq ki, ötən ilin birinci yarısında ölkəmizdən xaricə 321,9 min ton miqdarında, 334,5 milyon dollar dəyərində meyvə-tərəvəz ixrac edilmişdi.

Yeri gəlmişkən, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2 milyard 632 milyon dollar və ya 12,1 faiz çoxdur. Ötən ilin eyni dövründə isə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı. Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon dolları ixracın, 11 milyard 522 milyard dolları isə idxalın payına düşüb. Nəticədə, xarici ticarətdə 1 milyard 356 milyon dollarlıq müsbət saldo yaranıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

phrase_var_article.chosen
25
1
xalqqazeti.az

10phrase_var_article.sources