AZ

Azərbaycan Polşa iqtisadiyyatına investisiyaları artırıb

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycandan Polşaya yönəldilmişbirbaşa xarici investisiyaların həcmi 938 min ABŞ dolları olub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, sözügedən ölkəyə investisiyalar ötən ilin eynidövrü ilə müqayisədə 520 min ABŞ dolları və ya 2,2 dəfə artıb. Beləki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Polşayayönəldilmiş birbaşa xarici investisiyaların həcmi 418 min ABŞdolları olub.

Bəhs olunan dövrdə bu ölkəyə investisiyalar xaricə yatırılmışümumi investisiyaların 0,3%-nə bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycaniqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞdollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstəriciilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artımdeməkdir.

Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xariciiqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eynidövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya4,6% azdır.

phrase_var_article.chosen
36
10
az.trend.az

10phrase_var_article.sources