Cari ilin birinci rübündə Azərbaycandan Polşaya yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 938 min ABŞ dolları olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, sözügedən ölkəyə investisiyalar ötən ilin eyni dövrü ilə müqayisədə 520 min ABŞ dolları və ya 2,2 dəfə artıb. Belə ki, 2024-cü ilin yanvar-mart aylarında Azərbaycandan Polşaya yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 418 min ABŞ dolları olub.
Bəhs olunan dövrdə bu ölkəyə investisiyalar xaricə yatırılmış ümumi investisiyaların 0,3%-nə bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.