Bu gün Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq.
Tribunainfo.az xəbər verir ki, Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində səfərdə İrlandiya “Şelburn”nu ilə ilk oyuna çıxacaq.
Paytaxt Dublindəki matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, ilk oyunlar
22:45. “Şelburn” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)