Bu gün Azərbaycan təmsilçisi "Qarabağ" UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayacaq. Ağdam təmsilçisi 2-ci təsnifat mərhələsində "Şelburn"la ilk oyuna çıxacaq. İrlandiyanın paytaxtı Dublindəki "Tolka Park"da keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.Görüşü Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.
Mətləb