“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında ilk oyununu keçirəcək.
Publika.az xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsi çərçivəsində səfərdə İrlandiya təmsilçisi “Şelburn”un qonağı olacaq. Dulblindəki “Tolka Park” stadionunda baş tutacaq qarşılaşmanı xorvatiyalı Ante Çulinanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Görüş saat 22:45-də başlayacaq.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
UEFA Çempionlar Liqası: II təsnifat mərhələsi, ilk oyun
23 iyul
22:45. “Şelburn” – “Qarabağ”