BAKI, 23 iyul. TELEQRAF
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
Teleqraf xəbər verir ki, "köhlən atlar" II təsnifat mərhələsinin ilk matçında İrlandiya "Şelburn"unun qonağı olacaq.
Dublindəki "Tolka Park" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Matçı italiyalı FIFA referisi Ante Çulina idarə edəcək. Ona Luka Puşiç və İvan Mihal kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.
VAR hakimi Mario Zebec, AVAR hakimi isə Tixomir Pejin olacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu cütün qalibi "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün güclüsü ilə üz-üzə gələcək.
"Şelburn" komandası I təsnifat mərhələsində Şimali İrlandiyanın "Linfild" kollektivini üstələyib - 1:0, 1:1.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Ante Çulina, Luka Puşiç, İvan Muhal, Mateo Erceq
VAR hakimi: Mario Zebec
AVAR: Tixomir Pejin (hamısı Xorvatiya).
Dublin, "Tolka Park".