AZ

Bu ölkədən hücumçu aldılar - 3 illik müqavilə imzalandı

"Araz-Naxçıvan"ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Aris" heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Yunanıstan təmsilçisi "Nant"dan Tino Kadevereni transfer edib. 29 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.

"Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

phrase_var_article.chosen
46
49
sportinfo.az

10phrase_var_article.sources