AZ

"Qarabağ"ın bir gözü onlarda - Gözlənilməz nəticə

Çempionlar Liqasının II təsnifat mərhələsində Şimali Makedoniya "Şkendiya"sı ilə Rumıniya FCSB-si arasındakı ilk oyun başa çatıb.

Sportinfo.az xəbər verir ki, Skopyedəki Todor Proeski adına Milli Arenada təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 65-ci dəqiqədə Adamu Alhassan vurub.

Komandalar oyunu 10 futbolçu ilə başa vurmalı olublar. 70-ci dəqiqədə meydan sahiblərindən Kamer Qaka, 79-cu dəqiqədə isə qonaqlardan Florin Tanase qırmızı vərəqə alıb.

Cavab görüşü iyulun 30-da olacaq.

"Qarabağ" İrlandiya "Şelburn"unu üstələyəcəyi təqdirdə, bu cütün qalibi ilə Çempionlar Liqasının III təsnifat mərhələsində üz-üzə gələcək.

Seçilən
51
12
sportinfo.az

10Mənbələr