"Səbail" yeni transfer gerçəkləşdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi "Neftçi"dən ayrılan Rəhman Hacıyevi sıralarına qatıb. Yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.
"Səbail" bunadək kapitanı Yusif Nəbiyevlə yeni müqavilə imzalayıb, Nicat Süleymanovu isə transfer edib.
Bayıl klubu 2025/26 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq.