AZ

Hikmət Hacıyev jurnalistləri təbrik etdi

İsrailin iyunun 13-də İrana qarşı hücumlara başlamasından bir aydan çox vaxt keçir. İranın da İsraili raketlərlə hədəfə aldığı təxminən 12 günlük hücumlardan sonra Tehranın müdafiə sistemində bəzi dəyişikliklər edəcəyi ilə bağlı müxtəlif iddialar ortaya çıxıb.

Publika.az xəbər verir ki, bu barədə “Milliyət” təhlil yazısı dərc edib.

Məlumata görə, İsrailin İranın hərbi, nüvə və mülki obyektlərinə hücumlar təşkil etdiyi münaqişədən sonra İran müdafiə qabiliyyətini gücləndirmək üçün ardıcıl addımlar atır. Bu çərçivədə son vaxtlar İranın Çindən hava hücumundan müdafiə sistemləri aldığına dair iddialar gündəmə gəlib. Həmçinin İranın Çin istehsalı olan “J-10” təyyarələri ilə maraqlandığı da bildirilir.

“ISNA” xəbər agentliyinin məlumatına görə, İran müdafiə büdcəsini də artıracaq. Bu çərçivədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi İranın hərbi xərclərinin əhəmiyyətli dərəcədə artırılmasını təklif edən qanun layihəsini təsdiqləyib. Layihə gələcəkdə İsraillə potensial münaqişələrə hazırlıq məqsədilə İran Silahlı Qüvvələrini, o cümlədən Ordu və İnqilab Keşikçiləri Korpusunu (İİKK) gücləndirmək məqsədi daşıyır.

Seçilən
6
42
publika.az

10Mənbələr