AZ

Pezeşkian Pakistana səfər edəcək

Bakı. Trend:

İran prezidenti Məsud Pezeşkian gələn həftələr ərzində Pakistanasəfər edəcək.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransındadeyib.

Onun sözlərinə görə, bu səfərin özü İranın Pakistanlamünasibətlərə böyük önəm verdiyini göstərir.

Bəqai bildirib ki, bu səfər Pakistanın BMT TəhlükəsizlikŞurasının qeyri-daimi üzvü olması və İslam Əməkdaşlıq Təşkilatınınəsas üzvlərindən biri olduğuna görə böyük əhəmiyyət kəsb edir.

Nazirlik rəsmisi əlavə edib ki, İranla Pakistan arasındamünasibətlər önəmlidir. Son vaxtlar İran region və qonşu ölkələrləmünasibətlərin gücləndirilməsi istiqamətində öz strategiyasınıdavam etdirir.

Məqalədə:
Seçilən
0
6
az.trend.az

10Mənbələr