AZ

Pezeşkian Pakistana səfər edəcək

Bakı, TurkicWorld

İran prezidenti Məsud Pezeşkian gələn həftələr ərzində Pakistana səfər edəcək.

TurkicWorld-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu səfərin özü İranın Pakistanla münasibətlərə böyük önəm verdiyini göstərir.

Bəqai bildirib ki, bu səfər Pakistanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması və İslam Əməkdaşlıq Təşkilatının əsas üzvlərindən biri olduğuna görə böyük əhəmiyyət kəsb edir.

Nazirlik rəsmisi əlavə edib ki, İranla Pakistan arasında münasibətlər önəmlidir. Son vaxtlar İran region və qonşu ölkələrlə münasibətlərin gücləndirilməsi istiqamətində öz strategiyasını davam etdirir.

Seçilən
0
36
turkic.world

10Mənbələr