AZ

“Trampın Kremlə qarşı daha təsirli alətləri var” “Rusiya neftinin qiymətini 40 dollara endirmək olar”

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ riskli “ikinci dərəcəli sanksiyalar” olmadan da Rusiyanın neft gəlirlərini vura bilər. 

“AzPolitika” xəbər verir ki, “Reuters”-in şərhçisi Huqo Diksonun yazısında belə deyilir.

Müəllif qeyd edir ki, Tramp administrasiyasının Kremlə təsir etmək üçün Rusiya neftinin alıcılarına ikinci dərəcəli sanksiyalar tətbiq etməkdən daha təsirli alətləri var.

Trampın Rusiya ilə ticarət edən ölkələrdən idxala 100% rüsum tətbiq edilməsi ilə bağlı son açıqlamaları maliyyə bazarlarında şübhə ilə qarşılanıb. Dikson yazır ki, Rusiyada rubl və səhmlər bahalaşıb, neftin qiyməti isə ucuzlaşıb: “Əgər investorlar həqiqətən də Trampın ciddi olduğuna inansaydılar, bunun tam əksi olmalı idi”.

Dikson radikal hərəkətlər əvəzinə diplomatik strategiya təklif edir: “Hindistanı Rusiya neftini almağı dayandırmağa inandırmaq, eyni zamanda Səudiyyə Ərəbistanını qiymətlərin artmasının qarşısını almaq üçün hasilatı artırmağa təşviq etmək. Aİ artıq Rusiya neftinin alış həddini bir barel üçün 47,60 dollara endirib və ABŞ daha da irəli gedə bilər”. Dikson hesab edir ki, ABŞ Hindistanı və Türkiyəni Rusiyadan neft alışını dayadırmağa inandıra bilsə, Rusiya neftinin qiyməti bir barel üçün hətta 40 dollara enə bilər.

O, həmçinin Rusiyanın “kölgə donanması” adlanan bütün gəmilərinə qarşı sərt sanksiyalar təklif edir ki, bu da qiymət məhdudiyyətlərinə riayət olunmasına nəzarəti gücləndirəcək: "Əgər ABŞ həqiqətən də Ukraynaya silah tədarükünü artırarsa və Avropa Rusiyanın dondurulmuş 300 milyard dollarlıq aktivlərindən istifadə edərək bu işə qoşularsa, Kreml hədsiz təzyiq altında qala bilər".

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
14
azpolitika.info

10Mənbələr