“Bavariya” sol cinah hücumçusu mövqeyinə Luis Diası transfer etmək istiqamətində işləri davam etdirir.
90deqiqe.Az-ın "ESPN"ə istinadən yaydığı xəbərə görə, Münhen klubu 28 yaşlı futbolçu üçün “Liverpul”a 70 milyon avro və əlavə bonusları əhatə edən yeni təklif göndərməyə hazırlaşır.
Kolumbiyalı “Bavariya”nın yay transfer pəncərəsində əsas prioritetlərindən biri hesab olunur.
Daha əvvəl “Liverpul” alman klubunun 67,5 milyon avroluq təklifini rədd etmişdi. Bu dəfə Bundesliqa təmsilçisi təklifi təkmilləşdirərək geri dönəcək.
Kolumbiya millisinin üzvü “Liverpul”un heyətində indiyədək 148 rəsmi oyuna çıxıb, 41 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.