"Bavariya" "Liverpul"un futbolçusu Luis Diası transfer etməyə yaxındır.
QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
28 yaşlı vingerlə razılıq əldə olunub. Tərəflər 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə üzərində anlaşıblar. İndi transferin baş tutması üçün yalnız “Liverpul” və “Bavariya” klublarının razılığa gəlməsi qalır.
Qeyd edək ki, Luis Dias ötən mövsüm İngiltərə təmsilçisinin heyətində 50 oyuna çıxıb, 17 qol və 8 qolun ötürməsi ilə yadda qalıb. Onun “Liverpul”la hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.