AZ

Luis Diazın “Bavariya”da nə qədər qazanacağı məlum oldu


Almaniya çempionu “Bavariya” İngiltərə çempionu “Liverpul”un kolumbiyalı hücumçusu Luis Diazla 4 illik müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, 28 yaşlı futbolçu illik 14 milyon avro maaş alacaq.
Qeyd olunur ki, buraya performans bonusları da daxildir.
“Transfermarkt” portalı Luis Diazın transfer dəyərini 70 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Luis Diaz 2022-ci ildən “Liverpul”da çıxış edir. O indiyədək 148 oyunda 41 qol vurub və 23 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir.
Seçilən
51
40
yeniavaz.com

10Mənbələr