AZ

Dövlət Gömrük Komitəsinin sədri Siyəzəndə vətəndaşlarla görüşəcək

Bakı, 21 iyul, AZƏRTAC

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov iyulun 25-də saat 10:00-da Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) Siyəzən, Şabran, Xaçmaz və Xızı rayonlarından olan vətəndaşların müraciətlərini dinləyəcək.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı Siyəzən, Şabran, Xaçmaz və Xızı rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Komitə sədri ilə görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Seçilən
3
9
azertag.az

10Mənbələr