AZ

Şahin Bağırov Siyəzəndə vətəndaşları qəbul edəcək

İyulun 25-də saat 10:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Siyəzən rayon Heydər Əliyev Mərkəzində (ünvan: Siyəzən şəhəri, Heydər Əliyev küçəsi 90) Siyəzən, Şabran, Xaçmaz və Xızı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bakues.az Komitəyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.

Seçilən
1
32
icma.az

10Mənbələr