İyulun 25-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala, və Balakən rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda iştirak etmək istəyənlər DAİM-ə (051-791-00-78) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün nazirliyin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.