AZ

Barak: ABŞ-ın Suriya üçün “B Planı” yoxdur, yeni hökumət dəstəklənir

ABŞ-ın Suriyada xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak Suriyadakı vəziyyətlə bağlı Associated Press (AP) agentliyinə verdiyi müsahibədə bir sıra mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Barak İsrailin Suriyaya hücumlarının vaxtsız olduğunu bildirib və vurğulayıb ki, o, Suriyanın güclü mərkəzi hökumət tərəfindən idarə olunmaqdansa, "parçalanmış və bölünmüş" vəziyyətdə olmasını üstün tutur.

ABŞ-ın Suriyada yeni hökumətə dəstəyini bir daha ifadə edən Barak hazırkı rejimlə əməkdaşlıqdan başqa "B planı"nın olmadığını söyləyib.

O, Suriyanın cənubunda baş verən qarşıdurmalarla bağlı "hər iki tərəfdə ölüm və qırğınların qəbuledilməz olduğunu" qeyd edərək əlavə edib:
"Məncə, qarşıya çıxan müxtəlif problemləri həll etmək üçün çox az resursa sahib olan yeni Suriya hökuməti əlindən gələni edir".

İsrailin Suriyaya hücumları ilə bağlı ABŞ-dan hər hansı bir razılıq almadığını və Vaşinqtonun bu qərarda iştirak etmədiyini qeyd edən Barak İsrailin müdaxiləsinin vaxt baxımından çox pis olduğunu vurğulayıb və bunun "başqa bir çox mürəkkəb fəsadlar doğurduğunu" deyib.

O, Dəməşqin cənubunda hərbi baxımdan baş verən hadisələrin Tel-Əviv rəhbərliyi ilə müzakirə edilməli və razılaşdırılmalı olduğunu düşündüyünü bildirib:
"Suriyadakı yeni hökumət isə açıq şəkildə bu yanaşmanı paylaşmadı."

Aytən Yaşar/ Turkustan.az

Seçilən
11
12
turkustan.az

10Mənbələr