“Real” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrini transfer etmək niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu Madrid klubunun əsas hədəflərindən biridir. Onun “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
“Kral klubu” artıq futbolçu üçün hərəkətə keçib.
O, “şəhərlilər”lə yeni müqaviləyə imza atmasa, “Real” 2026-cı ilin yayında futbolçu üçün danışıqlara start verəcək.