AZ

"Real" 150 milyonluq transferə hazırlaşır

"Real Madrid" klubu heyətini yeni yarımmüdafiəçi ilə gücləndirməyi planlaşdırır. 

Milli.Az xəbər verir ki, "Kral klubu" "Çelsi"nin oyunçusu Enzo Fernandez ilə maraqlanır. Madrid təmsilçisinin rəhbərliyi argentinalı futbolçu üçün 150 milyon avroluq təklif göndərməyə hazırlaşır. 

24 yaşlı oyunçunun London klubu ilə müqaviləsinin müddəti 2032-ci ildə başa çatacaq. Enzo Argentina yığması ilə Kopa Amerika, Dünya Kubokunu qazanıb. O, "Çelsi"nin heyətində 2025-ci ildə Konfrans Liqası və klublararası dünya çempionatının qalibi olub.

 

Milli.Az

Seçilən
51
50
milli.az

10Mənbələr