Madrid "Real"ı heyətini qorumaq məqsədilə müqavilə yenilənməsi istiqamətində işlərini davam etdirir.
90deqiqe.Az xəbər verir ki, belçikalı qapıçı Tibo Kurtua ilə artıq yeni müqavilə imzalanıb. Növbədə isə daha iki futbolçu var.
25 yaşlı yarımmüdafiəçi Brahim Dias yeni müqaviləyə imza atacaq. "Kral klubu" oyunçu ilə bütün şərtlərdə razılığa gəlib.
Bundan başqa, ötən mövsümdən etibarən əsas heyətdə daha çox şans qazanan 22 yaşlı müdafiəçi Raul Asensio ilə də yaxın günlərdə yeni müqavilə bağlanacaq. Gənc futbolçunun yeni müqaviləsi 2031-ci ilin yayınadək qüvvədə olacaq.
"Real" rəhbərliyi beləliklə, uzunmüddətli planlama çərçivəsində əsas oyunçularını komandada saxlamağa çalışır.