AZ

Formula 1: Könüllü Proqramının müsahibə mərhələsi başa çatıb

Bakı, 21 iyul, AZƏRTAC

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-prisi üçün təşkil olunan Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb.

Bakı Şəhər Halqasından AZƏRTAC-a verilən məlumata görə, ilk gündən etibarən böyük maraqla qarşılanan proqramın müsahibə mərhələsi artıq başa çatıb.

Bu il könüllü olmaq üçün cəmi 48 saat ərzində 31 000-dən çox müraciət daxil olub. Onlardan təxminən 16 000 namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib. 8 həftə ərzində intensiv şəkildə həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndirilib.

Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək.

 

 

phrase_var_article.chosen
16
44
azertag.az

10phrase_var_article.sources