Sea Breeze

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi üçün təşkil olunan Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb.

Bakı Şəhər Halqasından verilən məlumata görə, ilk gündən etibarən böyük maraqla qarşılanan proqramın müsahibə mərhələsi artıq başa çatıb.

Bu il könüllü olmaq üçün cəmi 48 saat ərzində 31 000-dən çox müraciət daxil olub. Onlardan təxminən 16 000 namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib. 8 həftə ərzində intensiv şəkildə həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndirilib.

Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək.

ETX
ETX
ETX