İran xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.
Onun sözlərinə görə, görüş Çində Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısı çərçivəsində baş tutacaq.
“İran və Rusiya iki strateji tərəfdaş kimi ikitərəfli məsələlər, regional və beynəlxalq hadisələrlə bağlı məsləhətləşmələr üçün hər fürsətdən istifadə edirlər. Sabah iki ölkənin xarici işlər nazirləri Şanxay Əməkdaşlıq Təşkilatının nazirlər toplantısı çərçivəsində görüşəcək. Gündəmdə ikitərəfli məsələlərlə yanaşı, İranın nüvə problemi də daxil olmaqla regional hadisələr olacaq”, - İran XİN rəsmisi qeyd edib.