Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
Offsideplus.az xəbər verir ki, mübarizəyə bu turdan başlayacaq olan "Fənərbağça"nın rəqibi məlum olub. "Sarı-lacıvərdlilər" bu mərhələdə "Feyenoord"la qarşılaşacaq.
"Fənərbağça" ilk matçı səfərdə (5-6 avqust), cavab qarşılaşmasını isə evində (12 avqust) oynayacaq.
Qeyd edək ki, İstanbul klubu sonuncu dəfə Çempionlar Liqasının əsas mərhələsində 2008/09 mövsümündə mübarizə aparıb.