UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları baş tutub.

Offsideplus.az xəbər verir ki, Azərbaycanı II təsnifat mərhələsində təmsil edəcək "Qarabağ"ın rəqibi bu mərhələdə müəyyənləşib. Şimali İrlandiyanın "Linfild" komandasını məğlub edən “Şelburn” (ilk oyun 1:0, cavab oyunu 1:1) növbəti mərhələdə Ağdam təmsilçisi ilə qarşılaşacaq.

ÇL-də II təsnifat mərhələsinin ilk oyunları iyulun 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.