"Fənərbağça" rəhbərliyi Hakan Çalhanoğlu ilə təmasa keçib.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" türkiyəli futbolçunun şərtlərini soruşub. Onlar "İnter"lə danışıqlara başlamağı düşünür.
Hakan Türkiyəyə qayıtmağa hazırdır.
Bu barədə "TRT Sport" məlumat yayıb.
İstanbul klubu ona kapitanlıq da önərib. 31 yaşlı yarımmüdafiəçi eyni zamanda Türkiyə yığmasının da kapitanıdır.
H. Çalhanoğlu ilə 1 ay öncə "Qalatasaray"ın da adı anılmışdı. Lakin onun "sarı-qırmızılar"a transferi baş tutmamışdı.
Qeyd edək ki, təcrübəli futbolçu 2021-ci ildə "Milan"dan ayrılaraq "İnter"ə qoşulub və o dönəmdən bəri orada çıxış edir.