AZ

Ərdoğan Suriya Prezidentinə dəstəyini belə ifadə etdi

BAKI, 21 iyul. TELEQRAF

"Türkiyə Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraaya dəstəyini davam etdirəcək".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz qərarlıyıq, Əhməd əl-Şaraanı Suriyada tək qoymayacağıq. Suriyanın parçalanmasını istəmirik, bərpasını ölkəmiz üçün müsbət amil kimi görürük. Çünki Suriyanın bərpası bizimlə münasibətlərinə də müsbət təsir edəcək".

Onun sözlərinə görə, Türkiyə suriyalı qaçqınların öz vətənlərinə qayıtmasına şərait yaratmağa davam edəcək:

"Bizimlə birlikdə olan suriyalıların könüllü qayıtdığını görürük. Qaçqınların könüllü qayıtması prosesini sürətləndirmək üçün hər cür dəstəyi verəcəyik".

Seçilən
30
50
teleqraf.com

10Mənbələr