AZ

İran Naxçıvana gedən avtobusu niyə saxlayıb? - Açıqlama + FOTO

Ötən gün gecə saatlarında Bakı-Naxçıvan reysini həyata keçirən üç avtobusun İran gömrüyünü keçdikdən dərhal sonra saxlanılması ilə bağlı məlumat yayılıb. Bu avtobusların 50 nəfərə yaxın sərnişini gecələmək üçün yaxınlıqdakı məscidə göndərilib. Onlara məscid ərazisindən bir kilometrdən artıq uzaqlaşmamaq göstərişi verilib.

Mia.az xəbər verir ki, bu haqda “Gündəlik Naxçıvan”a saxlanılan avtobusların sərnişinləri məlumat veriblər. 

Mia.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən qafqazinfo-ya bildirilib ki, artıq həmin sərnişinlər Naxçıvana çatıblar: “Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişin daşımaları 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılmışdı. 19 iyul tarixindən sözügedən daşımalar bərpa edilib və ilk avtobus daşımanı icra edib. Növbəti 3 avtobus ilə bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və müvafiq məlumatlar təqdim edilib. Bununla əlaqədar olaraq, marşrut üzrə 3 avtobus gömrük-keçid məntəqəsində yubanıb.  Artıq həmin avtobuslar gecə saat 02:00-03:00 radələrində Naxçıvan Avtovağzalına çatıblar.  

Marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi məqsədilə davamlı birgə işlər aparılır”.

Seçilən
10
7
mia.az

10Mənbələr