AZ

İranda saxlanılan Naxçıvan avtobusları sərbəst buraxılıb Sərnişinlərin telefonları yoxlanılıb

Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İran tərəfindən saxlanılan Bakı - Naxçıvana sərnişin avtobusları təxminən bir sutka sonra sərbəst buraxılıblar. 

"AzPolitika" xəbər verir ki, bu barədə sərnişinlər “Gündəlik Naxçıvan” kanalına məlumat veriblər.

Məlumata görə, saxlanma ilə bağlı məlumat ictimailəşdikdən sonra İran tərəfinin rəsmi şəxsləri avtobusların saxlanıldığı Biləsuvar gömrüyünün önünə gəliblər.

Sərnişinlər deyirlər ki, rəsmilər onlarla və gömrük əməkdaşları ilə danışdıqdan sonra avtobusların hərəkətinə icazə verilib:“Dedilər ki, Azərbaycan tərəfi onlarla əlaqə saxlayıb. Dediklərinə görə, Azərbaycan tərəfinin rəsmi məktubu olmadan buraxa bilməzlərmiş, lakin, vəziyyəti nəzərə alıb, buraxırlar. Bakı vaxtı ilə təxminən axşam saat 7-də bizi buraxdılar. Gecə saat 3-də Naxçıvana çatdıq. Elə həmin gün Bakıdan səhər çıxmış bir avtobusu buraxmışdılar. Qanunsuzdursa, onu niyə bauraxırdılar? ”.

Sərnişinlər deyirlər ki, məlumatın mətbuata kimin ötürdüyünü bilmək üçün İran tərəfinin Culfa gömrüyündə onların telefonları yoxlanılıb:“Bizə qəti xəbərdar etmişdilər ki, avtobusların saxlanılmasını ictimailəşdirməyək. Çıxışda İran tərəfi telefonlarımızı alıb, yoxlamağa başladı. Sərnişinlər məlumatları sildiyindən, heç nə tapa bilmədilər. Yəqin ki, tapsaydılar, həmin şəxsi buraxmayacaqdılar. Çünki bizə demişdilər ki, ictimailəşdirən həbs olunacaq".

Naxçıvan tərəfinin gömrükçüləri isə sərnişinlərdən baş verənləri sorğu-sual ediblər:“Bizim gömrükçülər hər kəsdən bir-bir baş verənləri soruşub, sənədləşdirdilər. Bizim İran tərəfdə incidilib, incidilməyimizi tez-tez soruşurdular".

Qeyd edək ki, iyulun 19-dan 20-nə keçən gecə Bakı-Naxçıvan reysini həyata keçirən üç avtobus İran gömrüyünü keçdikdən dərhal sonra saxlanılmışdı. İran tərəfi 50-yə yaxın sərnişini yaxınlıqdakı məscidə yerləşib bildirmişdi ki, ərazini tərk edənlər həbs olunacaq. Saxlanılan 3 avtobusdan öncə isə sərnişin dolu bir avtobus maneəsiz Naxçıvana buraxılmışdı.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
5
azpolitika.info

10Mənbələr