AZ

Bakı–Naxçıvan-Bakı avtobus reysi yenidən dayandırıldı - Sərnişinlər narazıdırlar

İran ərazisindən keçməklə gerçəkləşdirilən Bakı-Naxçıvan-Bakı avtobus marşrutu üzrə hərəkətdə gecikmələr baş verib.

Sərnişinlərin Oxu.Az-a bildirdiyinə görə, iyulun 19-da saat 19:00-da yola düşən avtobus iyulun 21-də gecə saat 03:00-da Naxçıvana çatıb.

Onların sözlərinə görə, Biləsuvar gömrük-keçid məntəqəsində 80-dən çox sərnişin uzun müddət gözləməli olub. Eyni zamanda, sərnişinlər Bakıya dönüş üçün aldıqları biletlərin ləğv edildiyini, avtovağzalda və onlayn sistemdə bilet satışının dayandırıldığını iddia edirlər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, Bakı-Naxçıvan-Bakı reysi üzrə sərnişindaşımalar 14 iyun 2025-ci il tarixindən müvəqqəti olaraq dayandırılıb, 19 iyuldan isə bərpa olunub.

"İlk avtobus daşımaları icra edib, lakin növbəti üç avtobusla bağlı qarşı tərəfdən əlavə məlumat sorğusu daxil olub və bu səbəbdən həmin nəqliyyat vasitələri gömrük-keçid məntəqəsində yubanıb. Artıq həmin avtobuslar 21 iyul gecə saat 2-3 radələrində Naxçıvan Avtovağzalına çatıb", - deyə T.Orucov qeyd edib.

Bakı-Naxçıvan-Bakı reysi üzrə avtobusların fəaliyyətinin yenidən nə zaman bərpa olunacağına gəlincə, AYNA rəsmisi marşrut üzrə daşımaların fasiləsiz həyata keçirilməsi üçün qarşı tərəflə birgə işlərin davam etdirildiyini bildirib.

Seçilən
21
13
far.az

10Mənbələr