AZ

Bu ölkədə hərbi təlim təyyarəsi qəza törətdi

Banqladeşin paytaxtı Dəkkədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb. 

Demokrat.az
"Dhaka Tribune"ya istinadən xəbər verir ki, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 tipli hərbi təlim təyyarəsi Dəkkənin Uttara rayonunda yerləşən məktəb şəhərciyinin üzərinə düşüb.

Səlahiyyətli orqanlar bildiriblər ki, təyyarə məktəb şəhərciyinin ərazisinə çırpılıb. İlkin məlumatlara görə, hadisə nəticəsində azı bir nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və xilasedici qruplar cəlb olunub. Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır, ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

Jalə
Demokrat.az
phrase_var_article.chosen
23
12
demokrat.az

10phrase_var_article.sources