Ajans.az Haber7-yə istinadən xəbər verir ki, Türkiyənin Sivas bölgəsində dəhşətli qəza olub. Məlumata görə, Sivasın İmranlı rayonunda Kızıldağ aşırımında avtobus aşıb. İlkin məlumatlara görə, çoxlu yaralı var. Hadisə yerinə tibb və xilasetmə qrupları göndərilib.