AZ

Təyyarə qəzaya uğradı -

Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.Metbuat.az xəbər verir ki, hadisə paytaxt Dəkkədə baş verib. Təlim uçuşu zamanı idarəetməni itirən təyyarə məktəb binasına çırpılıb. Qəza nəticəsində 1 nəfər həyatını itirib, 4 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. Rəsmi qurumlar qəzanın texniki nasazlıq və ya pilot səhvi ilə bağlı olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

Seçilən
26
20
metbuat.az

10Mənbələr