AZ

Azərbaycanda ixtira fəallığı artıb

İxtira, faydalı model və sənaye nümunəsinin patentləşdirilməsinə dair Əqli Mülkiyyət Agentliyinə 200 iddia sənədi (2024-cü ilin müvafiq hesabat dövründə 142 iddia sənədi), o cümlədən ixtiraya aid 142 (2024-cü ilin müvafiq hesabat dövründə 104), faydalı modelə aid 27 (2024-cü ilin müvafiq hesabat dövründə 22), sənaye nümunəsinə aid 31 (2024-cü ilin müvafiq hesabat dövründə 16) iddia sənədi daxil olub.

"Cebheinfo.az" AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə milli mətbuatın 150 illiyi münasibətilə Əqli Mülkiyyət Agentliyində keçirilən tədbirdə bildirilib.

Patentlərin alınması ilə bağlı daxil olmuş iddia sənədlərinin sayı (ixtira fəallığı) 2024-cü ilin müvafiq hesabat dövrü ilə müqayisədə ixtiralar üzrə 36.5 faiz faydalı modellər üzrə 22.7 faiz, sənaye nümunələri üzrə isə 93.8 faiz artıb.

"Cebheinfo.az"

phrase_var_article.chosen
31
50
cebheinfo.az

10phrase_var_article.sources