Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 14,8 milyon manatlıq əczaçılıq məhsulları istehsal olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 95,2 faiz artıb.
Cari ilin ilk 6 ayında 8 859,0 min manatlıq dərman istehsal olunub ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 45,2 faiz artım deməkdir. İyul ayının 1-nə 663,5 min manatlıq hazır məhsul ehtiyatı olub.