AZ

Azərbaycanda şəkər və qənd istehsalı 38 %-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 163,9 min ton şəkər və qənd istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 37,6 % çoxdur.

Son 1 ildə ölkədə şəkərli qənnadı məmulatların istehsalı 10,4 % artaraq 4 min 426 tona çatıb.

İyulun 1-nə Azərbaycanda 5,6 min ton şəkər və qənd, 78,3 ton isə şəkərli qənnadı məmulatları üzrə hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən müvafiq olaraq 12 % çox və 2 dəfə çoxdur.

Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12 % çoxdur.

phrase_var_article.chosen
107
50
report.az

10phrase_var_article.sources