AZ

İndoneziya sahillərində yanan gəmidən 568 nəfər xilas edildi

İndoneziyanın Şimali Sulavesi sahillərində yerləşən kruiz gəmisində baş verən yanğın nəticəsində 568 nəfər xilas olunub.


Manset.az xəbər verir ki, bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyinin (BASARNAS) məlumat verib.

Məlumata görə, dünən baş vermiş yanğınla əlaqədar axtarış və xilasetmə işləri davam edir.

Agentlik tərəfindən yayılan açıqlamada, yanğında həyatını itirən 5 nəfərin olduğu bildirilmişdi. Lakin, əlavə məlumatlara əsasən, bu şəxslərdən 2-nin sağ olduğu və ölənlərin sayının 3-ə endirildiyi qeyd olunub.

Axtarış və xilasetmə əməliyyatları nəticəsində gəmidəki bütün 568 sərnişin və heyət üzvü təhlükəsiz şəkildə xilas edilib. Yanğının səbəbləri araşdırılmaqdadır.

Seçilən
7
31
manset.az

10Mənbələr