AZ

İndoneziya sahillərində yanan gəmidən 568 nəfər xilas edilib

İndoneziya sahillərində yanan kruiz gəmisindən 568 nəfərin xilas edildiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi Şimali Sulavesi sahillərində bir kruiz gəmisində dünən baş verən yanğınla bağlı açıqlama yayıb.

Açıqlamada yanğında öldüyü bildirilən 5 nəfərdən ikisinin sağ olduğu, ölənlərin sayının isə 3-ə çatdırıldığı qeyd edilib. Axtarış-xilasetmə işləri nəticəsində gəmidə olan 568 nəfərin xilas edildiyi bildirilib.

Müəllif: Ceyhun Rasimoğlu
Seçilən
29
26
sia.az

10Mənbələr