AZ

Qırğızıstan və Özbəkistanda zəlzələ olub

BAKI,TurkicWorld

Qırğızıstanda 3,7 bal gücündə zəlzələ olub.

Bu barədə TurkicWorld ölkənin Fövqəladə Hallar Nazirliyinin Seysmoloji-Proqnoz Monitorinq Mərkəzinə istinadən xəbər verir.

Yerli vaxtla 10:38-da (Bakı vaxtı ilə 09:38) zəlzələnin episentri Qırğızıstan sərhədinə yaxın olan Oş şəhəri olub.

Zəlzələnin qonşu Özbəkistanın Əndican vilayətində 2-3 bal gücündə hiss olunduğu qeyd edilir.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Seçilən
27
46
turkic.world

10Mənbələr