Bakı. Trend:
Ötən ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF)səhmlərə investisiyaları 22,710 milyard manat olub.
Trend bubarədə Fonddan məlumat əldə edib.
Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 3,219milyard manat və ya 16,5% çoxdur. Belə ki, 2023-cü ilin sonunaDövlət Neft Fondunun (ARDNF) səhmlərə investisiyaları 19,491milyard manat olmuşdu.
Qeyd edək ki, ARDNF neft və qazdan əldə edilən gəlirlərintoplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçünsaxlanmasını təmin edən xüsusi qurumdur. Fond büdcədənkənar, ayrıcadövlət təsisatıdır.